Azərbaycan azad olunmuş ərazilərdə Ermənistan sərhədinə gedən daxili yolların tikinti işlərinin 80%-ni qış gələnə qədər başa çatdırmağı planlaşdırır.
Eləcə də bax: "Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan lideri İlham Əliyev bəyan edib
“Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80%-i görüləcək. Yəni, torpaq, çınqıl örtüklə döşənmiş yollar və bu, bizə imkan verəcək ki, həm hərəkət üçün, həm hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənək”, - Əliyev Kəlbəcər rayonuna səfəri zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində məhz Azərbaycan söz sahibidir. “Bu, təbiidir və bundan sonra da söz sahibi olacağıq. Ona görə, bu məsələ ilə bağlı bəzən hansısa xarici dairələrdə də qeyri-adekvat fikirlər səsləndirilir. Buna ehtiyac yoxdur. Biz harada lazım bilmişiksə, orada da durmuşuq ”, - İ. Əliyev əlavə edib.