Xəbər verildiyi kimi, prezident İlham Əliyev bu gün təyin etdiyi yeni icra hakimiyyəti başçılarını - Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Eləcə də bax: Prezident bu gün təyin etdiyi 3 icra başçısını - QƏBUL EDİB - TAM MƏTN
FED.az xəbər verir ki, dövlət başısı yeni icra hakmiyyəti başçılarına başçılıq etdiyi rayonlara sahibkarları cəlb etmək barədə tapşırıq verib: «Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz.
Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür.
Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları.
Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir»