İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
ELƏCƏ DƏ BAX: Novruz Məmmədov meşə meyvələri ilə bağlı qərarını ləğv edib
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Qüvvədə olan qanuna əsasən, indiyə qədər bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar, həmçinin birbaşa məhkəmələrdə mübahisələndirilə bilərdi. Bundan sonra isə inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Qeyd edək ki, inzibati orqanlara müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər daxildir.
İcra orqanları və bələdiyyələrin mübahisələrinin həllində - YENİ QAYDA
19:09
7 Fev 2019