Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavinlərindən biri 46 yaşlı Balayev Arif Tofiq oğlu vəzifəsindən azad edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, həmin rayonun icra başçısının 27 sentyabr 2019-cu il tarixli əmri ilə, onun yerinə 39 yaşlı Novruzov Vüqar Vahid oğlu təyin edilib.
Eləcə də bax: Prezident icra başçısını işdən çıxartdı - SƏRƏNCAM
V.Novruzov 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Xatırladaq ki, o, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 2008-ci ildə Əzizbəyov Rayon (indiki adı Xəzər Rayon) İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib və dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
A.Balayev 21 yanvar 1973-cü ildə Bakı şəhərində anadan olub.
Xatırladaq ki, cari ilin fevralından başlayaraq bu rayonun icra hakimi Elşən Salahovdur.