Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə “Mercedes Benz S 350” xidməti avtomobilin alınmasından danışıb.
FED.az xəbər verir ki, Aqil Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb: “2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan “Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.
Eləcə də bax: Köçkün rayonun icra hakimiyyəti «S-class Mersedes» alır – TENDER ELANI
Aqil Məmmədov vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salındığını da deyib: “Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Olunan avtomobillərində qiyməti çox bahadır. Ona görə, “Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.
FED.az xəbər verir ki, icra hakimiyyətinin başçısı sonradan həmin avtomobilin alınmayacağı barədə qərar verildiyini desə də, xatırladaq ki, avtomobilin alınması ilə bağlı tender elanı cəmi 2 gün əvvəl - iyunun 29-da açıqlanmışdı.