Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib.
FED.az xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı həm siyasi kontekstdə, həm də ticarət-iqtisadi istiqamətdə bir sıra məsələlər, mədəni-humanitar məsələlər, o cümlədən, xüsusilə diqqətəlayiq olan yaşıl enerji layihəsi, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi və Avropaya enerji ixracına töhfə verəcək enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
Onun sözlərinə görə, logistika məsələləri, nəqliyyat dəhlizi və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə də baxılacaq.
Səfir qeyd edib ki, mühüm məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi və başa çatdırılmasıdır. (Report)