Gürcüstanda yaşayan rusiyalılar Rusiya prezidenti Vladimir Putinin onların ölkəyə qaytarılmasına dair imzaladığı sərəncama münasibət bildiriblər.
FED.az “RBK” dərgisində istinadən xəbər verir ki, rusiyalıların sözlərinə görə, onlar burada özlərini təhlükəsiz hiss edir və geri qayıtmaq istəmirlər.
“Kiminsə məni buradan Rusiyaya təxliyə etməsi məsələsi məni sevindirmədi. Biznesimdən əlavə, bütün həyatım buradadır. Bu, mənim qətiyyən xoşuma gəlmir”, - Tbilisidə yaşayan rusiyalı qadın deyib.
Eləcə də bax: Putindən Gürcüstana 500 milyon dollarlıq – TURİST QADAĞASI
Rusiya vətəndaşları qeyd edir ki, yerli sakinlər, öz radikal baxışlarına baxmayaraq, onlara anlayış və qonaqpərvərliklə yanaşır. Bundan başqa, etiraz aksiyaları Tbilisinin mərkəzindədir, şəhərin qalanı isə əvvəlki kimi yaşamağa davam edir.
Gürcüstandakı rusiyalılardan Putinə etiraz - “Qayıtmaq istəmirik”
09:28
22 İyun 2019