Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının, eləcə də vaxtilə nazirlikdə işləmiş əməkdaşlın pensiyalarının yeni məbləğlərini təsdiqləyib.
Eləcə də bax: Azərbaycana gətirilən bəzi məhsullar üçün - AKSİZ DƏRƏCƏSİ 80 DƏFƏ AZALDILIB
FED.az xəbər verir ki, qərara əsasən, FHN-in hərbi qulluqçularının və xüsusi rütbəsi olan, eləcə də dövlət qulluqçusu olmayan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiq edilib.
Bu qərarla Naxçıvan MR Nazirlər Kabinetinə də tövsiyə edilib ki, Naxçıvan FHN-də də maaşların artırılması barədə analoji qərar qəbul etsin.
Eyni zamanda Nazirlər Kkbineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıb ki, bu qərardakı artımla əlaqədar olaraq, FHN-də xidmət etmiş şəxslərin və onların ailə üzvlərinin əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablasın və ödəsin.
Bu qərar mayın 1-dən tətbiq edilir.