Sabiq vergilər naziri Fazil Məmmədovun guya vəfat etməsi ilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil.
FED.az musavat.com-a istinadən xəbər verir ki, sabiq nazirin uzun sürən ağır xəstəlikdən sonra bu gün Gəncədə dünyasını dəyişməsi xəbəri yayılmışdı.
Xatırladaq ki, F.Məmmədov bir müddət əvvəl Türkiyədə müalicə aldıqdan sonra Azərbaycana qayıtmışdı.
Lakin, Gəncə Beynəlxalq Xəstəxanasından “BakuPost”a məlumat verilib ki, sabiq nazir ümumiyyətlə bu günlərdə Gəncə xəstəxanasında olmayıb:
“Dünən bizim xəstəxanada Məmmədov soyadlı vəzifəli şəxs rəhmətə gedib. Lakin o, Fazil Məmmədov deyil. Ola bilər ki, onunla qarışıq salıblar”.
Sayt dəqiqləşdirib ki, sabiq nazir bu günlərdə Gəncəyə getməyib. Hazırda Bakıda, evindədir.