Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində ən çox nöqsanlar Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyində aşkar edilib.
FED.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Palatanın ötənilki fəaliyyəti hesabatı ilə müzakirələrdə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
V.Əhmədovun sözlərinə görə, bu nazirliklər nəticə çıxarıb orada olan nöqsanları aradan qaldırmalıdır.
report.az