Baş Nazir Əli Əsədov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişikliklər edilməsi haqqında” 2016-cı il 22 fevral tarixli 77 nömrəli “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi barədə” qərarlarında dəyişiklik edib.
Eləcə də bax: Baş nazir əhalinin sağlamlığı ilə bağlı qurumlara - TAPŞIRIQ VERDİ
FED.az xəbər verir ki, sənədə əsasən, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının elektron sağlamlıq kartı üzrə məlumatları onun fərdi identifikasiya kartının elektron daşıyıcısında (çipdə) yerləşdirilməsi üçün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ötürülür” qaydası 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.