Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin təşkilini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2020-ci il 16 mart tarixli məktubu ilə verilmiş tapşırıqlara əsasən, Əmlak Məsələləri Dövlət Komitəsində, onun strukturuna daxil olan və tabeliyindəki qurumlarda, ərazi (yerli) bölmələrində vətəndaşların qəbulu və yazılı müraciətləri ilə əlaqədar bir sıra qaydalara riayət edilməsi zəruridir.
FED.az məlumat verir ki, İqtisadiyyat Nazirliyindən bildirilib ki, vətəndaşların qəbulu və yazılı müraciətləri ilə bağlı vətəndaşların qrup və fərdi surətdə qəbulları, yerlərdə səyyar qəbulun keçirilməsi təxirə salınır. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.
Qəbulla bağlı müvafiq məsul şəxslərin əlaqə vasitələri:
Əmlak Məsələləri Dövlət Komitəsi – İsayeva Əminə Ədalət qızı - əlaqə telefonu: 012 490 24 08 (daxili nömrə: 105), mobil (“WhatsApp”): 050 800 50 65, elektron poçt ünvanı: “[email protected]”
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti – Məmmədov Elçin Əli oğlu- əlaqə telefonu: 012 510 93 33, mobil: 050 538 43 08, elektron poçt ünvanı: “[email protected]”
Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti – Cabbarov Əliqulu Əmirəslan oğlu - əlaqə telefonu: (012) 533 19 56, mobil: (050) 318 88 47 elektron poçt ünvanı: “[email protected]”, Səlimov Fədayi Əliabbas oğlu - mobil: 050 220 24 90, elektron poçt ünvanı: “[email protected]”
Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi - Qafarov Eldəniz Qəzənfər oğlu - əlaqə telefonu: (012) 533 04 70, mobil: 050 331 01 10, “WhatsApp”: (055) 531 01 10, “qaynar xətt” – 012 433 21 14, 012 533 19 63, elektron poçt ünvanı: “[email protected]”
Hərracların Təşkili üzrə Auksion Mərkəzi - Sadıxov Azər Əhliman oğlu – əlaqə telefonu: 012 566 04 13, mobil: (050) 212 67 61, “WhatsApp”: (99450) 212 67 61, elektron poçt ünvanı: “[email protected]”, “[email protected]”, Rəhimov Samir Koroğlu oğlu - mobil: (050) 235 30 97, “WhatsApp”: (99450) 235 30 97 elektron poçt ünvanı: “[email protected]”
Çağrı mərkəzi – 193