Daxili İşlər Nazirliyinin (DİN) vəzifələri artırılıb.
FED.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Baş nazirin müavininin oğluna yüksək vəzifə verilib - RƏSMİ
Əldə edilmiş daktiloskopik məlumatların, bioloji material və məlumatların müvafiq olaraq ölkə üzrə vahid daktiloskopik məlumat bankında və DNT məlumat bankında saxlanılmasını təmin etmək DİN-nin vəzifələri sırasına daxil edilib.
Nazirliyin digər yeni vəzifəsi genom qeydiyyatının aparılmasıdır.
DİN-nin vəzifələri artırıldı - FƏRMAN

19:01
1 Fev 2019