Daxili İşlər Nazirliyinin tabeliyində olan qurumun balansındakı avtomobillər hərraca çıxarılıb.
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin 12 avtomobilini satmaq məqsədilə fevralın 12-də hərrac keçirəcək.
DİN hərraca beş ədəd “BMW-320”, dörd ədəd “Fiat Doblo” və hərəsi bir ədəd olmaqla “Fiat Kombi Aktiv”, “QAZ-3110” və “Volksvagen Passat” avtomobilləri təqdim edib.
Hərraca ən yüksək qiymətə təqdim edilən avtomobillər “BMW-320” markalı avtomobillərdir və ilkin start qiyməti 5200 manatdan başlayır.
Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili |
Start qiyməti(manatla) |
10% beh(manatla) |
QAZ-3110 |
2008 |
2000 |
200 |
Volkswagen Passat |
2005 |
4000 |
400 |
BMW 320 (2 ədəd) |
2006 |
5100 |
510 |
BMW 320 (3 ədəd |
2007 |
5200 |
520 |
FIAT Combi Active |
2007 |
4500 |
450 |
FIAT Doblo (4 ədəd) |
2007 |
4500 |
450 |