Qazaxıstanda tarixi hadisə baş verməkdədir. FED.az xəbər verir ki, ölkənin birinci və hələlik yeganə prezidenti Nursultan Nazarbayev istehfa verib. Prezident bu barədə canlı yayımda xalqa müraciətində elan edib və elə canlı yayımda istehfa fərmanı imzalayıb.
«Qərar vermişəm ki, prezident səlahiyyətləri başa vurum. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı verdi. Artıq 30 ildir ki, bu vəzifəni tuturam»-deyəb N.Nazarbayev. Qeyd edək ki, sonuncu dəfə 2015-ci ildə 97% səslə prezident seçilmiş Nazarbayevin prezidentlik müddəti 2020-ci ildə bitəcəkdi.
Yeni prezident seçkilərinə qədər Qazaxıstan prezidenti səlahiyyətlərini parlament senatının sədri Qasım-Comart Tokayev icra edəcək.
1990-cıilin aprelindən Qazaxıstan prezidenti olan Nazarbayev MDB-də ən yaşlı prezident idi – 79 yaşı vardı.
Amma Nazarbayev siyasətdən tamamilə getmək fikrində deyil, o Qazaxıstanın Təhlükəsizlik Şurasının sədri və özünün yaratdığı «Nur Otan» partiyasının rəhbəri olacaq.
Canlı yayımda istefa fərmanı - İMZALADI
17:56
19 Mart 2019