Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
FED.az xəbər verir ki, iclasın gündəliyinə yalnız bir məsələ daxildir.
Eləcə də bax: Milli Məclisin məsələsi - DEKABRIN 2-NƏ QALDI
Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.
Report