BMT-nin İnkişaf Proqramı problemlərin “yeni nəsil” həll yollarını hazırlamaq üçün akselerator laboratoriyası şəbəkəsinə start verib. FED.az xəbər verir ki, bu məqsədlə Azərbaycan da daxil olmaqla dünyanın 60 ölkəsində bu cür laboratoriyalar təsis edilir. Beləliklə, MDB və Avropa regionu üzrə 6 ölkə ofisindən biri ölkəmizdə fəaliyyət göstərəcək. Bu səbəbdən də BMT dünyanın 60 ölkəsində ümumilikdə 180 yeni iş yeri elan edib. Üç ən güclü namizəd İnkişaf Proqramının Azərbaycan ofisində işləmək imkanı qazanacaq.
Vakansiyalar AccLabda araşdırma üzrə rəhbər, eksperiment üzrə rəhbər və inkişaf problemlərinin həlli yollarının xəritələşdirilməsi üzrə rəhbər vəzifələrini əhatə edir. Maraqlananlar 2019-cu il martın 11-dək həmin vakansiyalarla bağlı müraciət edə bilərlər. Akselerator laboratoriyaları haqqında daha ətraflı bu veb ünvandan məlumat almaq mümkündür: https://acceleratorlabs.undp.org/