Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul üzrə gərgin rəqabət olub.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, açılan 88,27 faiz sandıq üzrə hazırda iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım öndədir. O, səslərin 49,68 faizini toplayıb.
Onun ən güclü rəqibi, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 47,77 faiz səslə şansını davam etdirir.
Ümüncü pillədə isə Sədaət Partiyasının namizədi 1,24 faiz səslə Nəcdət Gökçınardır.
***
İstanbulda 31 min 186 sandıqdan 30 min 806-sı (98,78 faizi) açılıb.
Binəli Yıldırımın səsi geriləyərək 48,71 faizə enib. Əvəzində isə Əkrəm İmamoğlunun səs faizi 48,65 faizə çatıb.
Hazırkı vəziyyətə əsasən son sandıqlar açılana qədər iki namizəddən hansının qələbə qazanacağını proqnozlaşdırmaq çətindir.