Baş nazirin müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğluna yüksək vəzifə verilib.
FED.az-ın məlumatına görə, bu gün Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənovun işdən çıxarılaraq sərəncama götürülməsi barədə məlumatlar yayılıb.
ELƏCƏ DƏ BAX: Məmmədyarov yeni idarə rəislərini - TƏQDİM ETDİ
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənov daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək daha yüksək vəzifəyə - DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib.
Baş nazirin müavininin oğluna yüksək vəzifə verilib - RƏSMİ
18:44
1 Fev 2019