Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.
Bu barədə FED.az-a eksklüziv olaraq Akif Əliyə yaxın mənbə bildirib.
Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.
Xatırladaq ki, Akif Əli 1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.