Banner

Dövlət

Prezident İcra hakimiyyətinə böyük məbləğ ayırdı - SƏRƏNCAM

Prezident İcra hakimiyyətinə böyük məbləğ ayırdı - SƏRƏNCAM | FED.az
13:25 5 May 2020

Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

FED.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılacaq. Maliyyə Nazirliyi həmin məbləğdə maliyyələşməni təmin etməlidir. 

Digər xəbərlər

Banner