Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamla Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat vəsait ayrılıb.