“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olub.
Bu barədə FED.az-a Bakı Beynəlxalq Dəniz Ticarət Limanından məlumat verilib.
Bakı Limanı qlobal pandemiyaya çevrilmiş koronavirusa (COVID-19) qarşı mübarizənin daha da gücləndirilməsi və vətəndaşların sağlam həyat tərzinin qorunması məqsədilə qeyd olunan fonda 100 min AZN məbləğində vəsait ayırıb:
“Bakı Limanı olaraq, biz də hər kəsi #evdəqal aksiyasına qoşularaq özümüzün və ətrafımızdakı insanların sağlığı naminə məsuliyyətli olub evdə qalmağa çağırırıq”.