Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktından sonra Azərbaycan rəhbərliyi səfirliyin fəaliyyətini dayandırmağı qərara alıb.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, ölkəmizin Tehrandakı səfirliyi təxliyə olunmalıdır” – X.Xələfov bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan diplomatlarına qarşı təhlükənin olduğu daha öncə də İran rəsmilərinə çatdırılıb. Lakin İran hakimiyyəti bu xəbərdarlığa məsuliyyətsiz yanaşıb.
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirəcək.