Avropa İttifaqı ilə Azərbaycan arasında Assosiasiya sazişinin müqaviləsinin imzalanmasının ləngiməsinin əsas səbəblərindən biri Avropa tərəfinin Azərbaycan tərəfi qarşısında energetika sahəsi ilə bağlı qoyduğu tələblərdir.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bildirib. Onun sözlərinə görə, müqavilənin imzalanması Azərbaycanın mövqeyi üzündən ləngiyir. Belə ki, Azərbaycan tərəfi qarşı tərəfin bir sıra tələblərini yerinə yetirmək niyyətində deyil. Prezident bildirib ki, bu tələblərdən biri energetika sektoru ilə bağlıdır: «Avropa tərəfi tələb edir ki, bizdə enerji daşıyıcılarının daxili bazar qiyməti artırılsın. Belə ki, qazın daxili bazar qiymətinin qazın ixrac qiymətinə çatdırılması tələb edilir».
Prezident bildirib ki, bu mümkün olan məsələ deyil. Çünki, hazırda Azəərbaycan istehlakçılarının 85 faizi daxili bazarda qazı güzəştli qiymətlə alırlar – min kubmetri 100 manata və ya 58 dollara. Avropada isə qazın qiyməti 300-400 dollar ətrafndadır.
Belə olduğu təqdirdə, Avropa tərəfinin tələbi yerinə yetirilsə, ya qazın daxil bazar qiymətini 10 dəfə qaldıraraq 1000 manata çatdırmaq, ya da qazın ixrac qiymətini 58 dollara endirmək lazım olacaq.
Halbuki Azərbayan qaz layihələrinə böyük məbləğdə vəsaitlər yatırıb: «Bu qətiyyən qəbuledilməzdir və mən təəccüb edirəm ki, niyə bizim Avropalı tərəfdaşlarımız bu məsələ ilə razılaşa bilmirlər»-deyə İlham Əliyev bildirib.