Azərbaycanda iki qanun ləğv edilib.
FED.az xəbər verir ki,"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.
Eləcə də bax: Azərbaycanda 2 qanun - LƏĞV EDİLİR
Layihənin qeyd hissəsində bildirilir ki, “Tibbi sığorta haqqında” qanunda "İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilib.
“Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulub.
Sənəd Milli Məclisin bugünkü plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.
Eləcə də bax: Yanvarın 1-dən İcbari Tibbi Sığorta - HAQQI TUTULACAQ
Report