Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin bəzi strkuturları ləğv edilib və ya birbaşa İqtisadiyyat nazirliyinin tabeliyinə verilib.
Həmin fərmanla keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ləğv edilib. Onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilib.