Bu ilin dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsinə ayırmalar 6,9% artırılaraq 327,13 mln. manata çatdırılacaq. FED.az xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində nəzərdə tutulub.
Dövlət büdcəsinə dəyişikliklər açıqlandı – RƏQƏMLƏR
Sənədə əsasən, artım bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərclərinin 44,85% artırılaraq 64,591 mln. manat, digər kateqoriyaya aid edilməyən fəaliyyətə ayırmaların isə 1,3% artırılaraq 76,27 mln. manat olması, mədəniyyət və incəsənət sahəsində fəaliyyət, eləcə də radio, televiziya və nəşriyyat xərclərinin isə əvvəlki qaydada müvafiq olaraq 128,548 mln. manat və 57,721 mln. manat saxlanılması hesabına planlaşdırılır.