VTB Bankı Publik Səhmdar Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri Andrey Kostin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü munasibətilə təbrik edib. Təbrikdə deyilir:
Eləcə də bax: Prezident müsahibəsində hansı məsələlərdən danışıb? - CANLI -VİDEO
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə VTB Bankının idarə heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz iqtisadiyyatda, sosial sahədə və xarici siyasətdə dövlətçiliyi və ölkənizin beynəlxalq nüfuzunu ardıcıl olaraq möhkəmləndirən, onun tərəqqisinə və vətəndaşların firavanlığına şərait yaradan mühüm nailiyyətlərlə əlamətdardır.
Rusiyada Azərbaycan Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirirlər. Rusiya və Azərbaycan müəssisələri və işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, onun qüdrətli potensialının reallaşdırılması üzrə kompleks tədbirləri Sizin şəxsən dəstəkləməyiniz böyük əhəmiyyət kəsb edir.
Rusiyanın sistemyaradıcı bankı olan VTB-nin kapitalında Azərbaycan Dövlət Neft Fondunun iştirakını yüksək qiymətləndiririk. Bu, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin strateji xarakterinin və qarşılıqlı etimadın əyani təsdiqidir.
Hörmətli İlham Heydər oğlu, Azərbaycan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı və yaxınlarınıza firavanlıq diləklərimizi qəbul edin».