Nazirlər Kkbineti özünün 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Eləcə də bax: FHN-də maaşlar və pensiyalar artırıldı – YENİ QƏRAR
FED.az xəbər verir ki, qərara əsasən, həmin qərarda 2710 12 110 0 alt yarımmövqeyinə aid sətrdə «Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)» sütununda “1 ton üçün 80 manat” sözləri “1 ton üçün 1,0 manat” sözləri ilə əvəz edilib.
Qeyd edək ki, sözü gedən sətir emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullara aiddir.
Azərbaycana gətirilən bəzi məhsullar üçün - AKSİZ DƏRƏCƏSİ 80 DƏFƏ AZALDILIB
09:45
28 İyul 2019