Dekabrın 10-da təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.
FED.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında Anlaşma Protokolunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin İdarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti arasında Anlaşma Protokolunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin İdarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyə Prezidenti yanında İnvestisiya Ofisi arasında Anlaşma Memorandumunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisinin sədri Burak Dağlıoğlu imzaladılar.
Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun imzaladılar.
Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokolu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.