Bu gün Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. FED.az xəbər verir ki, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub.
Müşahidə Şurası Hesablama Palatasının rəyi nəzərə alınmaqla Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxıb.
İclasda Fondun büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxilolmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və fondun büdcəsinintəsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.
İclasda ARDNF-nin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının” yeni “Maliyyə alətləri” adlı 9 nömrəli standartına keçidi ilə əlaqədar Fondun “Mühasibat Uçotu Siyasəti” və “Hesablar Planı”na müvafiq dəyişikliklər də təsdiq edilib.