Azərbaycanda aprelin 27-si saat 00:00-dan etibarən fəaliyyəti bərpa olunacaq iş və xidmət sahələri açıqlanıb.
FED.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb (qərarın Tam Mətni).
Qeyd olunub ki, aşağıdakı iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:
● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
● kitab satışı
● qəzet satışı
● dəftərxana mallarının satışı
● çap və surətçıxarma fəaliyyəti
● fotoatelye/fotostudiyalar
● fərdi mənzillərdə təmizlik xidmətləri
● dərzi xidmətləri
● kosmetika və ətriyyat satışı
● geyim satışı
● ayaqqabı və dəri məmulatlarının satışı
● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
● mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
● kompüter avadanlıqlarının satışı və təmiri
● elektronika və məişət texnikasının satışı
● mebel satışı
● avtomobil satışı
● kimyəvi məhsulların satışı
● gül və bitki məhsullarının satışı
● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
● gübrə və aqrokimyəvi məhsulların satışı