Almaniyada işsizlər nə vaxt pensiyaya çıxa bilərlər yaxud işsizlərin pensiya almaq hüququ varmı?
FED.az xəbər verir ki, bu məsələyə iqtisadçı-ekspert Rauf Qarayev aydınlıq gətirib:
"Əgər siz işsizlik agentlikdən müavinat alırsınızsa, siz sosial sığorta olunmuş sayılırısınız. İşsizlik agentliyi o vaxt sizin yerinizə pensiya fonduna, ödəniş edir ki, əgər siz əvvəlki ildə pensiya fondunda qeydiyyata alınmısınız. Əgər siz qeydiyyata düşməmisinizsə bu halda agentlikdə sual yaranır, müavinat aldığınız zaman, istəyrisinizmi məcburi sosial sığorta ödənişiniz olsun? Siz özünüzdə ərizə verib Deutsche Rentenversicherung üzv ola bilərsiniz. Bu halda bütün sosial sığortanızı agentlik ödəyəcək. Bu agentliyin bu ödənişi sizin gələcəkdə, pensiya çıxan zaman, əmək pensiyanızın məbləğini artıracaq. Əgər sizin müavinat almaq hüququnuz yoxdursa və sizin gələcək pensiya təminatına müsbət təsir göstərəcək amil yoxdursa, belə olan halda bu müddətlər müddətsiz kompensiya olunur. Müavinatın davam etmə müddəti 24 aydır.
Eləcə də bax: Türkiyədə qəzet, jurnal və kitaba - ƏDV GÖTÜRÜLDÜ
Almaniyada ilk dəfə işsizlik müavinatı 1 yanvar 2005-ci ildə 400 avro məbləğində müəyyən edilib. Bu müddət 31 dekabr 2006-cı ilə kimi davam edib əlavə gəlir kimi ödənilib. Sonradan 1 yanvar 2007-ci ildən 31 dekbar 2010-cu ilə kimi 205 avro müqabilində ödənilib. 1 yanvar 2011-ci ildən işsizlikdən müavinat alırsınızsa, işsizlik agentliyindən əlavə gəlir almaq huququnuz olmur.Əgər siz öz işinizə başlamaq istəyirsinizsə, bu halda ilkin olaraq işədüzəltmək agentliyindən subsidiya ala bilərsiniz. Subsidiya alan müddətdə pensiya fondunda, sığortalana bilərsiniz. İşsizlik müavinatının növü və müddəti pensiyaya kapitalına təsir edir. İşsizlər tibbi və bərpa müavinatı ala bilərlər".
Almaniyada işsizlər də təqaüdə çıxa bilər?
10:11
11 Fev 2019