Digər

Yeni radio kanalına- 5 NAMİZƏD VAR

Yeni radio kanalına-  5 NAMİZƏD VAR | FED.az
19:34 12 Dek 2019

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Eləcə də bax: "Radio tezlikləri satılmır, yayımçıya istifadəyə verilir" - MTRŞ-DAN "102 FM" AÇIQLAMASI

FED.az MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadovun APA-ya verdiyi məlumata istinadən xəbər verir ki, “Real Təhlil və İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC müsabiqəyə sənədlərini təqdim ediblər.

Şöbə müdiri qeyd edib ki, “Televiziya və radio yayımı haqqında” Qanunun 19.1 maddəsinə əsasən, MTRŞ müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir. 

Xatırladaq ki, ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə MTRŞ-nın 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabrdan 12 dekabradək müsabiqə elan olunub.

Digər xəbərlər