Rusiyada qida mallarının çatdırılma xidmətləri koronavirus səbəbindən sifarişləri qapı önünə buraxacaq.
Eləcə də bax: Türkiyədə virus panikası - MAĞAZALARDA BİR İLLİK EHTİYAT - 1 SAATA SATILDI
FED.az xəbər verir ki, bunu etməkdə məqsəd kuryer və alıcı təmasında virusun birindən digərinə keçmək ehtimalının qarşısını almaqdır.
Əgər müştəri sifarişi kartla öncədən ödəniş edibsə, kuryer məhsulu qapının önünə qoyub müştəriyə telefonla xəbər verə bilər.
Çatdırılma xidmətləri, koronavirus səbəbiylə digər tədbirləri də tətbiq edib. Məsələn, işçilərə pulsuz antiseptiklər və maskalar verilib, həmçinin müştərilərlə təmasda olma vaxtı azaltmağı və əl sıxaraq görüşməməyi tövsiyə edir.
Qeyd edək ki, 31 dekabr 2019-cu ildə Çin Wuhan bölgəsində sətəlcəm xəstəliyinə yoluxma halı qeyd etdi. Xəstəliyin törədicisi “Covid-2019” rəsmi adı verilən yeni bir koronavirus növüdür. Son məlumatlara görə, virusa 120 mindən çox insan yoluxub, 4361 nəfər ölüb.