Digər

Vergidən yayınanlar cinayətkar sayılıb ömür boyu axtarılacaq – RUSİYADA

Vergidən yayınanlar cinayətkar sayılıb ömür boyu axtarılacaq – RUSİYADA | FED.az
14:02 6 İyun 2019
Rusiyada vergidən yayınanlarla bağlı olduqca sərt tədbirlərə hazırlıq görülür. FED.az bu ölkənin «Vedomosti» qəzetinə istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsi vergidən yayınmağa görə, müddət limitini aradan qaldırmaq və verginin tam ödənilməsinə qədər bu hərəkəti cinayət hesab etmək niyyətindədir. Bu yeniliklər yeni hazırlanan sənəd layihəsində nəzərdə tutulub.

Eləcə də bax: «Tutduq, əhalinin 6 aylıq pensiyasını ödədi, buraxdıq» – Saakaşvilidən sensasiyalı açıqlamalar



Layihədə bildirilir ki, vergini ödəməməyə görə, borclu faktiki olaraq cinayətkar sayılacaq və vergi tam ödənilməyənə qədər belə davam edəcək.

Bu o deməkdir ki, vergilərin ödənilməməsinə görə təqib müddəti limitsiz olacaq və belə şəxslər vergidən başqa, həmin həcmdə penya və cərimə də ödəməli olacaqlar.


 

Digər xəbərlər