Banner

Digər

Türkiyədən sonra Rusiya da dollardan imtina edir

Türkiyədən sonra Rusiya da dollardan imtina edir | FED.az
09:03 13 Avq 2018

“ABŞ aktivlərinə sərmayələrimizi əhəmiyyətli dərəcədə azaltdıq və azaltmaqda davam edəcəyik. Dollar yerinə də daha çox avro və Çin yuanından istifadə edəcəyik”. 

FED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın maliyyə naziri Antuan Sliuanov deyib:

“ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli vasitə olmağa başlayıb. Yanacaq ticarətində də milli valyutaya keçməyi dəyərləndiririk. ABŞ-ın sanksiyaları amerikalılara geri qayıdacaq”.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin, Rusiya, İran, Ukraynayla ticarəti milli valyuta ilə aparmağı planlaşdırdıqlarını demişdi. 

Digər xəbərlər

Banner