Milli Televiziya və Radio Şurasının müraciəti əsasında ötən il AzTV 5000 manat məbləğində cərimələnib.
FED.az xəbər verir ki, bu barədə şuranın 2020- ci il hesabatında qeyd olunub.
Bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində 8 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 (beş min) manat cərimə cəzası tətbiq edilib.