Rusiyada kredit müraciətlərinin cəmi 63%-ə müsbət cavab verilib.
FED.az xəbər verir ki, Rusiyanın Kredit Tarixçələrinin Milli Bürosunun məlumatına görə, əgər 2018-ci ildə kredit üçün müraciət edən hər 100 nəfərdən 41-i kredit götürə bilirdisə, 2019-da bu rəqəm 37-ə enib.
Eləcə də bax:Ukrayna şirkətləri Rusiyadan - 82 MİLYON DOLLAR TƏZMİNAT İSTƏYİR
Bürodan bunun əsas səbəbi kimi, tənzimləyicinin – Rusiya Bankının (mərkəzi bank) siyasəti və kredit təşkilatları qarşısında qoyduğu tələblər göstərilir.
Rusiya Bankı dəfələrlə pərakəndə kreditləşmənin risklərini və ümumi kreditləşmə səviyyəsinin buraxılabiləndən yüksək olduğunu qeyd edib.
Belə ki, 2019-cu ilin 4-cü rübünün əvvəlində rusiyalıların ümumi kredit borcu 13% artaraq 17 trilyon rubl təşkil edib, vaxtı uzadılan borclar isə 753 milyard rubla çatıb.
Eləcə də bax:Rusiyada keçmiş məhbuslar - TAKSİ SÜRƏ BİLMƏYƏCƏK
Bununla əaqədar olaraq oktyabrın 1-dən etibarən requlyator banklardan və mikromaliyyə qurumlarından tələb edir ki, təminatsız kredit verəndə borclunun borc yükünü nəzərə alsınlar. Tələblərə görə, 10 min rubldan (162 dollar və ya 274 manat) artıq kredit veriləndə banklar müştərinin borc yükü göstəricisini hesablamalıdırlar. Göstərici yüksək olduqca, risk də yüksəlir və banklar buna görə, daha çox ehtiyat ayırmalı olurlar. Mərkəzi Bank bu qaydaların kömək ilə əhalinin kreditlə yüklənməsinin qarşısını almaq istəyir.