Rusiyada məhkumluğu olan şəxslərin taksidə işləməsinə qadağa qoyulacaq.
Eləcə də bax: Bakı küçələrinə - YAŞIL TAKSİLƏR GƏLİR
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat nazirliyi təklif hazırlayıb. Təklifə əsasən, bu məhdudiyyətlər yalnız ağır cinayətlərə görə həbs edilənlərə aid olacaq. Yenilik bu ilin ortalarından tətbiq edilə bilər və belə olsa, Uber və başqa şirkətlərdə işləmək istəyənlər də məhkumluğun olmaması haqqında arayış təqdim etməli olacaqlar.