İran Atom Enerjisi Agentliyinin sədri Əli Əkbər Salihi, İsfahan vilayətindəki Natanz Nüvə Zavodunda baş verən qəzanın "terror aktı" olduğunu açıqlayıb.
FED.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-ya görə, Salihi, bu hərəkətin İran və ABŞ-ın nüvə anlaşmasında götürdükləri öhdəliklərinə qayıtmaq üçün davam edən danışıqlara qarşı yönəldiyini bildirib.
Bu hərəkəti pisləyən Salihi beynəlxalq ictimaiyyəti və Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) reaksiya göstərməyə çağırıb.
"Bu terror hərəkatını həyata keçirənlərin hədəflərini məyus etmək üçün İran repressiv sanksiyaları ləğv etməyə çalışarkən nüvə texnologiyasını ciddi şəkildə inkişaf etdirməyə davam edəcək."
İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kemalvendi, Natanz Nüvə Zavodunun elektrik paylama şəbəkəsində bir qəzanın baş verdiyini bildirdi və hadisənin səbəbi ilə bağlı araşdırmaların davam etdiyini söylədi.
Obyekt əvvəllər də hədəfə alınıb
2020-ci ilin iyulunda İranın İsfahan şəhərindəki Natanz Nüvə Müəssisəsində yanğın baş verdi və İranlı nüvə alimi Muhsin Fəhrizadənin öldürülməsinin ertəsi günü 28 noyabrda İsrail tərəfindən təxribat edildiyi elan edildi.