Yaxın aylarda Almaniya iqtisadiyyatı tənəzzüllə üzləşə bilər, bu haqda Associated Press məlumat verir.
“Biz Almaniya iqtisadiyyatının texniki tənəzzülə uğramasını gözləyirik”, – “Deutsche Bank”-ın bəyanatında qeyd edilir. FED.az Banker.az-a istinadən xəbər verir ki, “Deutsche Bank” Almaniyada istehsalın 0,25% düşməsini proqnozlaşdırır.
Almaniyada aprel-iyun aylarında sənaye istehsalında 0,1% azalma müşahidə edilib.