ABŞ İrandan neft idxal edən Çin şirkətlərinə sanksiya tətbiq edib.
FED.az-a APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Departamentinin saytında məlumat verilib.
Eləcə də bax: Tramp tərəfdaşlarından adambaşına - 5 DOLLAR YIĞIR
Məlumata görə, İranla əlaqəli 5 şəxs və 6 şirkətə qarşı sanksiya tətbiq olunub.
Sanksiyalar “Cosco Shipping Tanker Co”, “Cosco Shipping Tanker Seaman and Ship Management Co Ltd”, “China Concord Petroleum Co”, “Kunlun Shipping Company Ltd”, “Kunlun Holding Company Ltd” və “Pegasus 88 Limited” şirkətlərinə tətbiq edilib.