Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatında bildirilir.
1,4 milyon manatlıq yeni rezident qeydiyyatdan keçib - SUCUQ İSTEHSAL EDƏCƏK
Müəssisədə tava və qazan istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 100 nəfər işlə təmin ediləcək.
İstehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, “Asilsoy” Tükiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət tərəfindən istehsal edilən məhsullar müxtəlif sifarişçi marka ("Karaca", “Schafer”) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.