Azərbaycanın qeyri-neft sektoru üzrə ixracda 5 əsas ölkənin adı məlum olub.
FED.az bu barədə "İxrac İcmalı" jurnalının mart sayına istinadən xəbər verir.
2024-cü ilin yanvar-fevral ayları ərzində Rusiya Federasiyasına 154,4 milyon ABŞ dolları, Türkiyəyə 97,3 milyon ABŞ dolları, Gürcüstana 42,9 milyon ABŞ dolları, Ukraynaya 18,2 milyon ABŞ dolları, Qırğızıstana isə 18,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
İxrac gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Rusiya üzrə 12% artıb, Türkiyə üzrə 2,8 dəfə, Gürcüstan üzrə 34% azalıb, Ukrayna üzrə dəyişməyib, Qırğızıstan üzrə 8,7 dəfə artıb.
2024-cü ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (78,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (49,7 milyon ABŞ dolları) ikinci və Gürcüstan (17,8 milyon ABŞ dolları) üçüncü olub.
Qırğızıstan dördüncü, Ukrayna beşinci olub. Hər iki ölkə 11,9 milyon dollarlıq məhsul ixrac edib.
İxrac gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Rusiya üzrə 13% artıb, Türkiyə üzrə 3,3 dəfə, Gürcüstan üzrə 2,3 dəfə azalıb, Qırğızıstan üzrə 10,8 dəfə artıb, Ukrayna üzrə 2,3 dəfə artıb.