«Azinfo Dış Ticaret Anonim» Şirkətinin Azərbaycandakı filialı bu şirkətlə iş birliyi quranlara xəbərdarlıq edib.
FED.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, qurumun əvvəlki nümayəndəsi fırıldaqla məşğul olduğuna görə işdən azad edilib.
Hazırda bununla bağlı araşdırmaların davam etdiyin deyən şirkət indiyədək «Azinfo Dış Ticaret Anonim» Şirkəti ilə tərəfdaşlıq edən şirkət və qurumları bunu nəzərə almağa çağırır.
«Azinfo Dış Ticaret Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə iş birliyi quranların nəzərinə!
Şirkətin təsisçiləri nəzərinizə çatdı¬rır ki, 2023-cü il fevralın 17-dən şirkətin əvvəlki qanuni təmsilçisi Əliniyazzadə Pərviz Əlimurtuza oğlu maliyyə fırıldaqları ilə məşğul olduğu aşkar edildiyinə görə işdən azad edilmiş¬dir. Araşdırmalar sona çatana qədər şirkətlə müqavilə əsasında, yaxud hər hansı bir formada iş birliyi quran təşkilat və şirkət rəhbərlərinin nəzərə almaları xahiş olunur».
Açıqlama «AZİNFO DIŞ TİCARET ANONİM» şirkətinin Azərbaycandakı hazırki qanuni təmsilçisi Oztanlılar Esref Hakan tərəfindən yayılıb.
Qeyd edək ki, «AZINFO DIŞ TİCARET ANONİM» şirkəti Azərbaycanda 2016-cı ildə qeydiyyata alınaraq fəaliyyətə başlayıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi Rayonu, Mir Cəlal 4 mkr, ev 60, m. 89-da yerləşir. Nizamnamə kapitalı açıqlanmayıb.