Bu ilin yanvar – iyun aylarında Azərbaycanda restoranlarda 685 mln 931 min manat xərclənib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3.6% artıqdır.
FED.az xəbər verir ki, ölkə restoranlarının ümumi dövriyyəsinin 70% yə yaxını və 478 mln 071 min manatı Bakı restoranlarının payına düşüb.
Eləcə də bax: “Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq"- EKSPERTİN ŞƏRHİ
Paytaxtdan sonra ikinci ən çox restoranlarda pul Gəncədə xərclənib. Belə ki, Gəncədə bu ilin birinci yarısında iaşə obyektlərində 17 mln 962 min manat xərclənib.
Ölkə üzrə rüstoranları ən çox pul qazanan 3 cü şəhər isə Sumqayıt olub. Bu şəhərdə iaşə obyektlərində 6 ay ərzində 17 mln 713 min manat sərf edilib.
Azərbaycanda əhalininin restoran və kafelərdə ən az pul xərclədiyi rayonlar isə Fizuli (9.3 min manat), Ağdam (33,2 min manat), Daşkəsən (196,3 min manat) olub. Ötən ilin birinci yarısı ilə müqayisədə bu il ən çox artım Ağstafanın payına düşüb 35,2%.
Azərbaycanda turizm bölgələrində iaşə obyektlərində xəcrlənən pullara gəlincə isə burda vəziyyət belədir.
Qəbələ - 8 785,0 min manat
Xaçmaz - 4 485,7 min manat
Quba - 4 789,4 min manat
Lənkəran - 4 683,9 min manat
Qusar - 3 353,0 min manat
Şəki - 2 608,5 min manat
İsmayıllı - 1 888,0 min manat
Lerik - 1 579,9 min manat
Azərbaycanda restoranların ən çox pul qazandığı - RAYONLAR , MƏBLƏĞLƏR
12:38
20 Avq 2019