Azərbaycan şərabları Polşanın “Auchan” supermarketlər şəbəkəsində satışa çıxarılıb və ilk gözləntiləri qarşılayıb. Əhali tərəfindən bu məhsullara maraq böyükdür.
Eləcə də bax: Azərbaycanın məşhur şərab şirkətinin – QAZANCI MƏLUM OLDU - HESABAT
FED.az xəbər verir ki, “Auchan” qlobal supermarketlər şəbəkəsinin Polşadakı mağazaları iyundan etibarən “Gəncə Şərab 2” ASC-nin istehsalı olan şərabları satışa çıxarıb.
İstehlakçıların fikrincə, satışa çıxarılan şərablar, xüsusən “Şiraz” polyakların xüsusi rəğbətini qazanıb. Ona görə də, məhz “Şiraz” Polşaya kütləvi idxal olunan ilk şərabdır. Adıçəkilən növdən başqa supermarketlərdə “Yeddi gözəl”, “Madrasa” və “Sinar” adlı şərab məhsulları da satılır.
Qeyd edək ki, “Auchan”ın Polşadakı mağazalarında Azərbaycan istehsalı olan fındıq və fındıq məhsulları da uğurla satılır. (Azərtac)