Azərbaycanın tanınmış şərab istehsalıçısı olan “Gəncə Şərab– 2” ASC 2019-cu il maliyyə hesabatlarını açıqlayıb.
Eləcə də bax: Şərabların adına görə dövlət rüsumları - LƏĞV EDİLİR
FED.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəliri 16 milyon 921 min manat (23,5% və ya 4 milyon manat artım) olub. Şirkətin satışının maya dəyəri 13 milyon 477 min manat (21,1% və ya 2,8 milyon manat artım) olub.
Şərab şirkətinin sair əməliyyat gəliri 33,1 min manat (67,3% və ya 13,3 min manat artım), sair əməliyyat xərci 60 min manat (2,3% və ya 1,4 min manat azalma) olub.
“Gəncə Şərab – 2” ASC 2019-cu ildə valyutalararası kurs fərqindən yaranan gəliri 51 min manat, xərci 69,4 min manat olub. Şirkət kurs fərqinə görə 18,4 min manat zərər edib.
Xatırladaq ki, şirkət 2018-ci ildə kurs fərqindən yaranan gəliri 205,1 min manat, xərci 238,3 min manat olmuşdu. Şirkət 2018-ci ildə kurs fərqinə görə 33,2 min manat zərər etmişdi.
“Gəncə Şərab – 2” ASC, nəhayət, 706,9 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 2 milyon 828 min manat mənfəətlə başa vurub. Şirkətin mənfəəti 42,5 % və ya 843,2 min manat artıb.
Qeyd edək ki, şirkət 2018-ci ildə 1 milyon 985 min manat mənfəət əldə etmişdi.
Şərab şirkətinin cəmi aktivləri 22 milyon 494 min manat (17,9% və ya 3,4 milyon manat artım), cəmi kapitalı 16 milyon 149 min manat (18% və ya 2,5 milyon manat artım), cəmi öhdəlikləri 6 milyon 345 min manat (17,6% və ya 949,7 min manat artım) olub.
Hesabatdan məlum olur ki, 2019-un sonuna “Gəncə Şərab–2”nin 2,2 milyon manat alacağı borc var.
Eyni zamanda şirkətin banklara 1,8 milyon krediti, 1,4 milyon vergi borcu və 3,1 milyon manat digər kredit borcları var.